“Yeni minatəmizləmə detektoru gətirmişik. Bu, 2,5-3 metr dərinlikdə olan minanı tapır və siqnal səsi ilə xəbərdarlıq edir”.
Azinformasiya.Az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
“İndiyədək həmin ərazilərdə əl vasitəsilə detektorlarla mina axtarırıq. 12-dək minatəmizləmə itlərimiz var. Bu yaxınlarda alacağımız tank əleyhinə minalar üçün olan robotu Füzuli rayonunda sınaqdan keçiririk”, – nazir müavini bildirib.