Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, rəsmi sosial media hesablarında yayılan paylaşımda “İki bədəndə bir can; Türkiyə–Azərbaycan! Qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik” sözləri yer alıb.
“Qardaşlarımızla ‘Bir millət, iki dövlət’ anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!”, – paylaşımda qeyd olunub.
Azinformasiya.az