Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib

Türkiyə milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Naziri səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir