Türkiyənin daha altı hərbi qulluqçusu şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“23 dekabr 2023-cü il tarixində Pəncə-Kilid” əməliyyatı bölgəsində ərazimizə soxulmağa çalışan terrorçularla baş verən qarşıdurmada 6 qəhrəman yoldaşımız şəhid olub, biri isə yaralanıb. İlkin məlumata əsasən, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyat davam edir. Müəyyən edilmiş hədəflərə qarşı qəfil hava əməliyyatları da həyata keçirilir”, – deyə qeyd olunub.

Qeyd edək ki, Türkiyədə ötən gün 3, bu gün səhər isə daha 3 hərbi qulluqçu şəhid olub.

Hadisə İraqın şimalında terror hücumu nəticəsində baş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir