Türkiyəli mütəxəssis Tədris Cərrahiyyə Klinikasının direktoru təyin olunub

Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.

Bu barədə Azinformasiya.Az-a ATU-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı səhiyyə naziri əmr imzalayıb.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir