“Ermənistan Azərbaycana qarşı təcavüzünü dayandırmalı və xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.
AZİNFORMASİYA.AZ xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib. “Öz torpaqlarını qorumaq üçün apardıqları mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan işğal etdiyi azərbaycan torpaqlarını azad etməlidir. Bununla da atəşkəsin, sülhün önü açılmalıdır”.
Xatırladaq ki, ötən gün təmas xəttində vəziyyət yenidən gərginləşib. Əks-hücum nəticəsidə Azərbaycan Ordusu işğal altında olan kəndləri və yüksəklikləri azad edib. Ermənistana məxsusu yüzlərlə canlı qüvvə və hərbi texnika məhv edilib. Döyüş əməliyyatları davam edir.