Türkiyədə yük maşını mikroavtobusla toqquşub, 5 nəfər ölüb

Türkiyədə ağır qəza olub.

 

Azinformasiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 10.30-da Tekirdağın Saray rayonunda yük maşını mikroavtobusla toqquşub.

Qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Kamera görüntülərində yük maşınının sürücüsünün yolu qırmızı işıqda keçdiyi və yolu yaşıq işıqda keçən mikroavtobusa yandan çırpıldığı görünür.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir