Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident baş verib.
Azinformasiya.az xəbər verir ki, bu haqda “Haber türk” məlumat yayıb.
İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb.
Hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib.
Hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün polis tərəfindən işlərə başlanılıb.
Azinformasiya.az