Türkiyənin Qərbi Qara dəniz bölgəsində sel fəlakəti nəticəsində həlak olanların sayı 78-ə çatıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Qeyd olunur ki, Kastamonuda 62, Sinopda 15, Bartında isə 1 nəfər həlak olub.
Həmçinin bildirilir ki, sel nəticəsində xəsarət almış 2 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Hazırda sel baş verən bölgələrdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.