Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, onlarla insan yaralanıb.
Azinformasiya.az “Anadolu”ya istinadən xəbər verir ki, məlumata əsasən, Bursa-Qars ekspedisiyasını həyata keçirən sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və jandarm cəlb edilib.
Yaralıların təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırıldığı, ağır vəziyyətdə olan bir şəxsin isə təcili yardım helikopteri ilə Ərzuruma aparıldığı bildirilib.
Azinformasiya.az