Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkilərinə səsvermə başa çatıb

Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkilərinə səsvermə başa çatıb.

 

Azinformasiya.az xəbər verir ki, yerli vaxtla 17:00-dan sonra bütün seçki məntəqələri seçicilər üçün bağlanıb və səslərin hesablanması prosesi başlayıb.

Qeyd edək ki, səsvermə nəticələri Ali Seçki Şurası (YSK) tərəfindən rəsmi olaraq hər saat başı açıqlanacaq, 23:59-a qədər isə müvəqqəti nəticələr bəlli olacaq.

Həmçinin hər siyasi partiya səsvermənin nəticəsi ilə bağlı açıqlamalar verəcək. 21:00-dan etibarən isə yayım qadağası tamamilə aradan qaldırılacaq.

Qeyd edək ki, seçki çərçivəsində 60 milyon 697 min 845 seçicinin 191 min 910 seçki qutusunda səs verməsi nəzərdə tutulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir