Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək

Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.

O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə görə, prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir