Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik oteldə yanğın olub.
Azinformasiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Ölənlərdən birinin Livanəsilli turist olduğu, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az