Türkiyənin Dənizli bölgəsində işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Azinformasiya.az “Anadolu Agentliyi“nə istinadən xəbər verir ki, İrlıqanlı məhəlləsində şüşə fabrikindən işçiləri daşıyan Həsən Çekiçin idarə etdiyi mikroavtobus yolun kənarındakı zibil qutusuna və beton işıqlandırma dirəyinə çırpılaraq aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.
Azinformasiya.az