Türkiyədə benzin bahalaşdı

Türkiyədə bu gecədən etibarən benzinin bir litrinin qiyməti 11 kuruş (4,9 qəpik) artacaq.

Azinformasiya.Az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyinin (EPGİS) məlumatında deyilir.

Artımdan sonra Ankarada benzin 7,27 lirədən, İstanbulda 7,24  lirədən, İzmirdə 7,30 lirədən hesablanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir