Türkiyədə 78 nəfərin öldüyü otelinin sahibi ifadə verib, yanğın siqnalizasiya sistemində problem olduğunu deyib

Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində 78 nəfərin həyatını itirdiyi “Grand Kartal” otelinin sahibi Halit Ergülün ifadəsi alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

O, aşpazdan mühafizəçiyə, məsləhətçi firmadan elektrik işçilərinə qədər hər kəsi günahlandırıb. Məlumata əsasən, sahibkar yalnız özünü təmizə çıxarıb.

Qəzet “Grand Kartal” Otelində baş verən yanğınla bağlı Türkiyənin Bolu Prokurorluğunda açılan cinayət işinə görə, həbs edilən otel sahibi Halit Ergülün ifadələrini əldə edib. Məlumatda qeyd edilir ki, Ergül prokurorluqda dindirilərkən özündən başqa hamını günahlandırıb: “Sonuncu yoxlama ötən il dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb. Bu yoxlama zamanı əlillərlə bağlı otaqlarının qapılarında nöqsanlar aşkar edilib. Yanğınla bağlı hər hansı çatışmazlıq aşkar edilməyib. Otel 1998-ci ildə tikilib. O dövrdə su çiləyici sistemə ehtiyac yox idi. Sonrakı yoxlamalarda çiləyici sistemi qurmağımızla bağlı heç nə deyilmədi. Yanğın siqnalizasiya sistemi var idi. Lakin bu sistemdə çox güman ki, yanğın başlayanda texniki problem olub və işləməyib. Lakin tüstü detektorları işə salınıb”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir