Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Tərəflərin telefon danışığı zamanı NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək Alyansın Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.
Azinformasiya.az