Türkiyə XİN başçısı: Ermənistan Qarabağa silah sızdırır

Vətən müharibəsi yekunlaşandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində söyləyib.

Nazir, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb.

Türkiyə XİN başçısı Ermənistanın Qarabağa silah sızdırdığını, gərginlik yaratdığını qeyd edib.

“Biz Azərbaycanın yanındayıq”, – Çavuşoğlu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir