Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abdullahiyanla görüşüb.
Azinformasiya.az Türkiyə mediasına istinadən bildirir ki, İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana gələn Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.
Daha sonra Türkiyə və İran XİN rəhbərləri ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək məqsədilə nazirliyin binasına gediblər.
Azinformasiya.az