Türkiyə vətəndaşı olan TIR sürücüsü Bakı-Quba yolunda ölüb

Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində baş verib.

Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.

Sürücü yük avtomobilini saxladıqdan sonra dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir