Türkiyə və Yunanıstan XİN başçıları arasında telefon danışığı baş tutub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub.

Azinformasiya.az xəbər verir ki, bu barədə nazir Dendias “Twitter” hesabında paylaşım edib.

Telefon danışığı zamanı Türkiyə XİN başçısı Yunanıstan xarici işlər nazirinə Tempidə qəzada həlak olanlardan birinin atasının Yunanıstana ekstradisiyası ilə bağlı qarşı tərəfin müraciətinin müsbət cavablandırıldığı haqda məlumat verib.

Xarici işlər naziri Nikos Dendias Türkiyənin müsbət və sürətli cavabına görə Mövlud Çavuşoğluna minnətdarlığını ifadə edib. Qərarı Türkiyənin ədliyyə naziri imzalayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir