Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, Ukrayna XİN başçısı bu barədə “X” platformasında paylaşım edib.

Telefon danışığı zamanı ikitərəfli gündəlik, döyüş meydanındakı hazırkı durum, Qara dənizdə təhlükəsizlik, Suriya və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, – o paylaşımında vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir