Türkiyə və Suriya prezidentləri arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

 

Azinformasiya.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdərəsinin rəhbəri Haluk Görgün, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və bir sıra digər rəsmilər də iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir