Türkiyə və Rusiya XİN rəhbərləri Laosda görüşüb

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən ASEAN ölkələri XİN başçılarının sammiti çərçivəsində təkbətək görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi foto çəkdirildikdən sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi “Teleqram” kanalında danışıqlardan sonra mətbuat nümayəndələrinə geniş məlumat veriləcəyi barədə informasiya yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir