“Türkiyə və Rusiya Qarabağı müzakirə edirlər”

“Türkiyə Rusiya ilə Qarabağdakı vəziyyət də daxil olmaqla bir sıra aktual məsələlər üzrə fəal olaraq təmasdadır”.

Azinformasiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ankara və Moskva milli maraqların qarşılıqlı nəzərə alınması ilə konstruktiv dialoq kursuna sadiqdirlər.

Çavuşoğlu qeyd edib ki, Cənubi Qafqazda dəyişiklik üçün ümid yaranıb. Türkiyənin XİN rəhbəri, həmçinin bildirib ki, Ankara İrəvan ilə əlaqələrin normallaşdırılması prosesinə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir