Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, görüş İstanbulda keçirilən Qəzza mövzusundakı iclasdan əvvəl baş tutub.
Qeyd edək ki, bu gün Hakan Fidanın sədrliyi ilə Qəzza Zirvəsi keçiriləcək.
Zirvədə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri iştirak edəcək.
Azinformasiya.az