Türkiyə və İran XİN başçıları görüşüb

İranın xarici işlər naziri Abbas Araqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Görüş İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən fövqəladə toplantısı çərçivəsində baş tutub.

Tərəflər Tehran və Ankara arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə ticarət, enerji, nəqliyyat və sərhəd təhlükəsizliyi sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər eyni zamanda məsləhətləşmələrin davam etdirilməsini, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsini qeyd ediblər.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir