Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələlərinin nəzərdən keçirildiyi bildirilib. Qeyd olunub ki, tərəflər regiondakı vəziyyətə xüsusi diqqət yetiriblər.

“Nazirlər bir daha regionun davamlı və sabit inkişafı üçün sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar və bu prosesdə həm Gürcüstanın, həm də Türkiyənin xüsusi rolunu qeyd ediblər”, – məlumatda əks olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir