“Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklər”.
Azinformasiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TBMM-də çıxışı zamanı deyib.
“Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində qarşılıqlı əsasda nümayəndələr təyin edəcəyik. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik”, – deyə Çavuşoğlu bildirib.