Türkiyə və Britaniya XİN rəhbərləri Yaxın Şərqlə bağlı müzakirə aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidanla bu gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, hər iki nazir regionda eskalasiyanın daha da artmamasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 13-dən 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir