Türkiyə səfiri: Münasibətlərimizi sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir

Bu gün Türkiyə və Azərbaycan arasında ürəklərimizə hopmuş “Bir millət, iki dövlət” anlayışını müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümüdür.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı X sosial şəbəkəsində paylaşımında bildirib.

“Gücümüzün birliyimizdə olduğuna olan inancla münasibətlərimizi və əməkdaşlığımızı hər sahədə inkişaf etdirərək gücləndirmək və sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir. Mübarək olsun!”, – deyə Türkiyə səfiri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir