Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları mayın 10-u Moskvada görüşəcəklər

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü mayın 10-da Moskvada baş tutacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, Rusiya tərəfinin bu tarixi təsdiqlədiyini qeyd edib.

Çavuşoğlu eyni gündə rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüş keçirəcəyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir