Moskvada Türkiyə, Rusiya, İran və Suriya müdafiə nazirləri – Hulusi Akar, Sergey Şoyqu, Mohammad Reza Aştiyani və Ali Mahmud Abbas arasında dördtərəfli görüş keçirilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər Türkiyə-Suriya münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Tərəflər, eyni zamanda Suriyada terrorla mübarizə ilə bağlı, suriyalı köçkünlərin torpaqlarına qayıtması istiqamətində atıla biləcək addımlarla əlaqədar müzakirələr aparıblar.
Azinformasiya.az