Türkiyə İsveçdən NATO-nun Vilnüs sammitində verdiyi vədləri yerinə yetirməsini gözləyir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, İsveçin NATO-ya üzv olması və ABŞ-nin Türkiyəyə F-16 qırıcılarını göndərməsi məsələləri bir-birinə bağlıdır:
“İnanıram ki, həm Amerikanın F-16 məsələsi, həm də Kanadanın verdiyi sözlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə (İsveçin NATO üzvlüyü – red.) müsbət baxışını sürətləndirəcək”.
Azinformasiya.az