İndi regionda yeni nizam qurulur.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərin qondarma “erməni soyqırımı” ilə bağlı sualına cavabında bildirib.
O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək həmişə daha yaxşıdır.
“İndi Paşinyan da bunu başa düşür”, – Ərdoğan qeyd edib.
Türkiyə Prezidentinin sözlərinə əsasən, onlar bu məsələ ilə bağlı çox açıq danışıblar və arxivlərini açıblar: “İndi yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor deyil, başqaları da sizin izlədiyiniz kimi Ermənistana təsir göstərməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayır”.
Azinformasiya.az