Türkiyə polisi əməliyyat keçirib, 133 nəfər saxlanılıb

Türkiyənin Daxili İşlər Nazirliyinin Erzurum və Nevşehir şəhərlərində terrorla mübarizəyə qarşı keçirdikləri əməliyyat çərçivəsində 133 şübhəli şəxs saxlanılıb.

 

Azinformasiya.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O söyləyib ki, əməliyyatlarda 864 nəfərlik şəxsi heyət, xüsusi təlim görmüş 10 it iştirak edib: “47 fərqli ünvanda əməliyyat keçirdik. Nəticədə ümumilikdə 152 şübhəli şəxsdən 133-ü ələ keçirildi”.

S.Soylunun sözlərinə əsasən, əməliyyat çərçivəsində hansısa itki olmayıb: “Əməliyyatlarımız bundan sonra da davam edəcək. Türkiyənin hər nöqtəsində narkotiklə mübarizəmizi davam etdirəcəyik. Narkotiklə mübarizə bizim prioritetlərimizdən biridir. Bu sahədə əsla geri addım atmayacağıq, narkotiklə mübarizədən imtina etməyəcəyik”.

Nazir qeyd edib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsinə, seçkilər ərəfəsi olmasına baxmayaraq, Türkiyənin narkotiklə mübarizəsi müntəzəm şəkildə davam etdiriləcək: “Narkotikin istehsalı, alqı-satqısı ilə məşğul olanlara söyləmək istəyirəm ki, əməllərinizdən əl çəkin. Eyni ilə bu gün olduğu kimi, yenə gələrik və bağışlamarıq. Mütləq tutulacaqsınız”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir