“Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər – red) kölgə salmağa çalışırlar”.
Azinformasiya.Az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb:
“Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda – hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək”.