Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib

Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, terrorla mübarizə qətiyyətlə davam etdiyini qeyd edib.

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Bütün məlum terror hədəfləri atəşə tutulub. 4 yaralımız var və onların müalicəsi davam edir. Suriyanın şimalındakı hücuma eyni şəkildə cavab verilib. 10 terrorçu zərərsizləşdirilib”, – Hulusi Akar deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir