Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunub.
Azinformasiya.az xəbər verir ki, Türkiyənin Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə razılığa gəlməsindən məmnun olduğu vurğulanıb.
“Bölgəmizdə bütün aktorların mənafeyinə uyğun nəticələr verəcək yekun sülhün bərqərar olması üçün lazımi şəraitin təmin ediləcəyinə dair gözləntilərimiz bir daha təsdiqləndi”, – məlumatda deyilir.
Azinformasiya.az