“Apreldə yerli vaksinin insan üzərində sınağı başlayacaq”.
Azinformasiya.Az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.
Onun sözlərinə görə, yerli vaksinin klinikadan əvvəlki sınaq mərhələsi uğurla tamamlanıb: “Aprelin 1-dən vaksini insan üzərində sınaqdan keçirəcəyik. Peyvəndin Türkiyənin Əczaçılıq və Tibbi Cihazlar İdarəsi tərəfindən təsdiqlənməsi gözlənilir”.
Nazir Türkiyənin sənaye və vaksin sahəsində böyük inkişafa malik olduğunu da vurğulayıb.