Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında “PKK” terror təşkilatının üzvlərinə qarşı əməliyyat həyata keçirib.
Azinformasiya.Az “CNN Türk”ə istinadən xəbər verir ki, əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib.
Həmin terrorçulardan birinin isə təşkilatın xarici əlaqələrindən məsul olan “Botan” ləqəbli Nihat Gören olduğu aydın olub.
Məlum olub ki, Nihat Gören Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe” əməliyyatlarında yaralanıb və müalicə olunduqdan sonra “PKK” tərəfindən Gara bölgəsinə göndərilib və burada terror fəaliyyətləri ilə məşğul olub. “Botan” məhz həmin ərazidə də zərərsizləşdirilib.