“Türkiyə ilə əlaqələri normallaşdırmağa hazırıq” – Paşinyan

“Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmağa hazırdır”.

Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

“Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib. Bu bəyanatlarda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Daha geniş kontekstə sahib ola biləcək belə bir danışığa hazırıq”,- deyə Paşinyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir