Türkiyə hərbçilərinin Qarabağda qalma müddətinin uzadılması müzakirə ediləcək

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Azinformasiya.Az xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə daxil olub.

Layihədə Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının 2021-ci ilin noyabrın 17-dən daha bir 1 il müddətə uzadılması təklif edilib.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir