Ermənistanla başlatdığımız normallaşma prosesini regional hadisələri də nəzərə alaraq Azərbaycanla tam koordinasiyalı şəkildə davam etdirəcəyik.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə əsasən, bəzi üçüncü ölkələrin 1915-ci il hadisələri ilə bağlı iddiaları israrla təkrar gündəmə gətirmək cəhdləri “normallaşma prosesini baltalayacaq”:
“Bu ölkələr Ermənistana yaxşılıq etmirlər. Cənubi Qafqazda Azərbaycanla birlikdə öncüllüyünü etdiyimiz “3+3” platforması ilk dəfə nazirlər səviyyəsində Tehranda toplanıb. Bir sonrakı toplantı 2024-cü ildə Türkiyədə keçiriləcək”.
Azinformasiya.az