“Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir və bu bölgədə sülh və sabitliyin təmin olunması üçün böyük səylər göstərir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Adalar dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Problemləri Simpoziumu”ndan çıxış edərkən deyib.
“Azərbaycan, can qardaşımız, 30 ildir işğal altında olan öz torpaqlarını 44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad edib”, – deyə Hulusi Akar vurğulayıb.
O, həmçinin qeyd edib ki, Türkiyə bundan sonra da bütün imkanları ilə Azərbaycanın yanında olacaq.