Türkiyə BRICS-ə üzv olmaq istəyir

“Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir”.

 

Azinformasiya.az  “South China Morning Post” qəzetinin saytına istinadən xəbər verir ki, bunu Çinə səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan, eyni zamanda BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.

Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir