ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasını yalnız 2 ölkə maddi dəstəkləyib.
Azinformasiya.az Reuters agentliyinə istinadən xəbər verir ki, təşkilata vəsait ayıracağı bildirilən 9 ölkədən yalnız BƏƏ və Mərakeş bunu edib.
Sülh Şurasının 1 milyard dollardan az vəsaiti var və bu da Qəzza zolağına müharibədən sonrakı dəstək vermək kimi bəyan etdiyi məqsədə çatmağı belə çətinləşdirir. Reuters agentliyinin məlumatına əsasən, Sülh Şurasının sözçüsü Nikolay Mladenov Fələstinin humanitar təşkilatlarına bildirib ki, “hazırda pul yoxdur”.
Fevral ayında Sülh Şurasının ilk iclasından sonra Tramp üzv ölkələrin Qəzza zolağı üçün 7 milyard dollar ayırdığını açıqlamışdı. Amerika Birləşmiş Ştatları əlavə 10 milyard dollar, BMT isə 2 milyard dollar ayırmalı idi. Həmin vəsait HƏMAS-ın silahsızlaşdırılmasından sonra bölgəyə nəzarəti təhvil verməsi planlaşdırılan Sülh Şurası tərəfindən idarə olunan Qəzza İdarəetməsi üzrə Milli Komitənin (NCAG) maliyyələşdirilməsinə yönəldilməli idi. Ancaq Reuters agentliyinin məlumatına əsasən, maliyyə çatışmazlığı səbəbindən NCAG heç vaxt işə başlamayıb.
Sülh Şurası bununla bağlı hər hansı maliyyə çatışmazlığı və ya məhdudiyyətləri rədd edir.
Azinformasiya.az