Trampın müşaviri: Zelenski sülh müqaviləsi bağlamaq barədə danışmağa hazır deyil

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsi bağlamaq barədə danışmağa qətiyyən hazır deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News” telekanalına müsahibəsində deyib.

“Problem budur: Zaman onun tərəfində deyil. Zaman bu münaqişənin əbədi olaraq davam etməsinin tərəfində deyil”, – o qeyd edib.

Vals bildirib ki, Ağ Ev Zelenskinin Ukraynadakı döyüşlərə son qoymaq üçün lazım olan kompromisləri etmək istəyini görmür: “Zelenski Ukraynada müharibəni dayandırmaq üçün lazımi addımları atmalı və lazımi güzəştləri təklif etməlidir”.

O vurğulayıb ki, Vaşinqton Zelenski ilə danışıqları bərpa etməyə hazırdır, ancaq o, sülhə sadiqliyini nümayiş etdirməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir