ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Mayk Uolts açıqlama verib.
O bildirib ki, ölkəsi Rusiya və Ukrayna ilə “məkik diplomatiyası”nın bütün sahələri üzrə birgə fəaliyyəti davam etdirir.
“Biz razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, onlar Prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəsin tətbiqi və genişləndirilməsinə diqqət yetirəcəklər”, – o vurğulayıb.
Azinformasiya.az