Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı nifrət ölçüyə gəlməzdir.
Azinformasiya.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu bəyanatı media qarşısnıda çıxışında edib.
Tramp bildirib ki, Zelenski və Putin arasında ölçüyə gəlməz nifrət səbəbindən Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqları özü aparmalı olacaq.
“Biz bu məsələnin öhdəsindən nə olursa olsun gələcəyik, lakin deyək ki, onlar bir-biriinə o qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər. Ona görə də mən müdaxilə etməli olacağam”,- Tramp vurğulayıb.
Azinformasiya.az